Narkuryerdən 9 kq heroin götürüldü 

10:49 02.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerlik edən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Elsevər Cəbrayılov saxlanılıb.

DİN-nin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, ondan 9 kiloqramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Cəbrayılov pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Cəbrayılov barəsində həbs qətimkan təbiri seçilib.

Araşdırmalar davam etdirilir.